Xəbər lenti
Reklam
Avtomobillərdə alkoqol kilidi və qara qutu məcburi ola bilər

Böyük Britaniyada Leyboristlər hökuməti Avropa Birliyinin Ümumi Təhlükəsizlik Qaydası 2 (GSR2) çərçivəsində yeni tənzimləmə üzərində işləyir.
Gender.Az yerli mətbuata istinadən xəbər verir ki, plana əsasən, ölkədə satılacaq avtomobillərdə alkoqol kilidi və qara qutu sistemləri quraşdırılması məcburi ola bilər.
Məlumata görə, alkoqol kilidi sürücünün qanındakı alkoqol miqdarını ölçür. Əgər qanuni limit aşılarsa, avtomobil işə düşmür. Qara qutular isə qəza öncəsi avtomobilin sürəti və digər vacib məlumatları qeyd edir.
Bu qərar İngiltərənin Avropa qaydalarından uzaqlaşma prosesini geriyə döndərdiyi səbəbilə müxalifət və bəzi media qurumları tərəfindən kəskin tənqid olunur. Müxalifətin fikrincə, hökumət təhlükəsizlik problemlərini əsas gətirərək ictimaiyyətin xəbəri olmadan yenidən Aİ qaydalarına tabe olur. \\Publika.az  
Tarix: 31 iyul 2025
Baxış: 28

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş