Bakı-Qazax sürət qatarında GECİKMƏ
Bakı-Qazax sürət qatarı gecikmə ilə hərəkət edib.
"Gender.az" xəbər verir ki, qatar bir müddət Dəllər stansiyasında dayanıb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan stansiyada sənədlərin yoxlanışı zamanı bir sərnişinin sənədində məlumat uyğunsuzluğu aşkarlanıb.
Lakin sərnişin bununla razılaşmayıb və qatarın vaxtında hərəkət etməsinə maneə yaradıb. Nəticədə, qatar hərəkətini 17 dəqiqəlik gecikmə ilə davam etdirib.
Tarix: 21 iyul 2025
Baxış: 25
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş