Xəbər lenti
Reklam
Azərbaycanda ticarət mərkəzi ləğv olunur

Xaçmaz şəhərində yerləşən "Arzu" Özəl Ticarət Mərkəzi MMC ləğv olunur.
Gender.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə MMC elan yayıb.
Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini bildirə bilərlər.
Qeyd edək ki, "Arzu" Özəl Ticarət Mərkəzi MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Əzimov Eldar Telman oğludur. MMC-nin hüquqi ünvanı Xaçmaz şəhəri, Mehdi Hüseynzadə küçsəində yerləşir. Ticarət Mərkəzi əvvəllər rayonun ən böyük bazarı olub. Bazarın əvvəllər direktoru isə 2010-cu ildə qətlə yetirilən qadın sahibkar Nəcimə Babayeva olub.  
Tarix: 14 iyul 2025
Baxış: 36

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş