Redaktor seçimi
    Şahin Şıxlinskinin yerinə seçki keçirildi - Yeni rəhbərin adı bəlli oldu
Xəbər lenti
Reklam
Beşbarmaq dağında qadın paraşütlə qayaya çırpılıb öldü - Faciəli hadisənin TƏFƏRRÜATI

Siyəzəndə Beşbarmaq dağında qadının faciəli şəkildə ölməsinin təfərrüatı məlum olub.

Gender.az xəbər verir ki, 1989-cu il təvəllüdlü Nuranə Məcidova Bakı şəhərindən gedibmiş.

O, həvəskar paraşütçü olub və bir neçə dəfə paraşütlə tullanmaq üçün həmin əraziyə gedib.

Növbəti dəfə də Beşbarmaq dağına gedən qadın paraşütlə tullanıb.

Lakin bu dəfə istiqaməti düz götürmədiyindən küləyə əks istiqamətə atılıb.

Bu vaxt paraşüt qadına dolaşıb və nəticədə o, qayaya çırpılaraq, aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb.

Hadisə Beşbarmaq dağında qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Nuranə Məcidova paraşütlə eniş edərkən qayaya çırpılıb və hadisə nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.
Tarix: 07 iyul 2025
Baxış: 30

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş