Şəmkirdə yanğın: Bir nəfər xəsarət aldı

Şəmkir rayonunun Yeniabad kəndində yanğın hadisəsi qeydə alınıb.
Gender.az xəbər verir ki, yanğın dördotaqlı evdə baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti yanğınla bağlı faktı təsdiqləyib və
Oxu.Az-a verdiyi məlumatda bildirib ki, Yeniabad kəndində ümumi sahəsi 150 kvadratmetr olan köməkçi tikilinin tavanı 35 m² sahədə, ona bitişik olan talvarın atma taxtaları 100 m² sahədə yanıb.
Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Tarix: 23 may 2025
Baxış: 29
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş