Öz ərizəsi ilə işdən çıxanlara MÜHÜM XƏBƏR: "Son ayın əmək haqqı və məzuniyyət pulu..."
“Əmək Məcəlləsinə əsasən, istər işəgötürənin, istərsə də işçinin öz ərizəsi ilə əmək müqaviləsinə xitam verildikdə, məzuniyyət günlərinə görə kompensasiya verilməlidir”.
Bu fikirləri hüquqşünas Ramil Süleymanov Konkret.Az-a açıqlamasında səsləndirib.
“Əmək qanunvericiliyi bu sahədə aydın şəkildə tələb edir ki, işçi işdən çıxdığı zaman ona sonuncu ayın əməkhaqqı və istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya ödənilsin. Bu ödənişlər işçinin əmək münasibətlərinə xitam verildiyi gün tam şəkildə onun hesabına köçürülməlidir”.
Vəkil qeyd edib ki, əgər bu tələblər yerinə yetirilməzsə, işəgötürən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən 750 manatdan 1500 manatadək cərimə edilə bilər.
Aynurə İsmayıl
Tarix: 22 may 2025
Baxış: 32
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş