Xəbər lenti
Reklam
Prezident Baş prokuror vəzifəsinə namizəd irəli sürdü

Baş prokuror vəzifəsinə təyinatla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı Milli Məclisə daxil olub.
Gender.Az Teleqraf-a istinadla xəbər verir ki, təqdimatda Kamran Bayram oğlu Əliyevin Baş prokuror vəzifəsinə yenidən təyin olunması təklif edilir.
Təqdimatda K.Əliyevin səlahiyyət müddətinin 5 il uzadılması təklif olunur.
Təqdimat Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunacaq.
Qeyd edək ki, ölkə Konstitusiyasının 133-cü maddəsinə görə, Baş prokuroru Prezident Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir. K.Əliyev 2020-ci ildən sözügedən vəzifədə çalışır.
Ona 2021-ci il noyabrın 23-də I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Tarix: 30 aprel 2025
Baxış: 45

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş