“Bugünki filmlər, televiziya proqramları və sosial şəbəkələrdə yayımlanan video materiallar tez-tez açıq və dolayı şəkildə cinsi həyatın təbliğinə səbəb olur. Bu vəziyyət yeniyetmələrin maraqlarına təsir edir. Sözügedən məsələnin həlli üçün uşaqların cinsi maraqlarını tamamilə qadağan etməyə çalışmaqdansa, onlara düzgün informasiya vermək vacibdir. Əgər uşaqda erkən yaşda cinsi maraq formalaşıbsa və bu, davranışlarında da özünü göstərirsə, ona bioloji və fizioloji baxımdan cinsi inkişafın hansı yaşda başlamasının normal olduğunu izah etmək lazımdır. Yəni, qarşısını almaq anlayışından uzaqlaşmaq və düzgün maarifləndirmə aparmaq vacibdir”.
“Valideynlər övladlarının cinsi davranış və maraqlarında dəyişikliklər müşahidə etdikləri halda, onlarla açıq və maarifləndirici söhbətlər aparmalıdırlar. Ancaq bunu bacarmadıqları təqdirdə, mütləq psixoloq dəstəyinə müraciət etməlidirlər”.
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin: