Xəbər lenti
Reklam
Putinin gizli saxladığı oğlu ilk dəfə görüntüləndi – FOTO

Rusiya prezidenti Vladimir Putinin uzun illər gizli saxladığı şəxsi həyatı ilə bağlı yeni iddialar yayılıb. Müxalif yönümlü Rusiyanın “VChK-OGPU” saytının məlumatına görə, Putinlə gimnast Alina Kabayeva arasında münasibətlərdən iki oğlu dünyaya gəlib. Onlardan birinin 10, digərinin isə 4 yaşında olduğu bildirilir.
Saytın iddiasına əsasən, 10 yaşlı İvan Vladimiroviç Putin ilk dəfə görüntülənib. O, “Rusiyanın ən gizli və yəqin ki, ən tənha uşağı” kimi təqdim edilir. Məlumatda qeyd olunur ki, İvan digər uşaqlarla demək olar ki, ünsiyyət qurmur və vaxtının çoxunu cangüdənlər, qubernatorlar və müəllimlərlə keçirir.
Digər oğlunun isə adı Vladimir olaraq göstərilir, lakin onunla bağlı hər hansı foto və ya görüntü yayımlanmayıb.
Kreml isə bu iddialarla bağlı hər hansı açıqlama verməyib. Vladimir Putinin şəxsi həyatı illərdir mətbuatdan ciddi şəkildə qorunur və bu kimi məlumatlar rəsmi təsdiqini tapmayıb.

Aynurə İsmayıl
KONKRET.az
Tarix: 22 aprel 2025
Baxış: 39

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş