Xəbər lenti
Reklam
Naziri QARƏT ETDİLƏR

Naməlum şəxs ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noemin çantasını oğurlayıb.
Gender.Az Ajans.az-a istinadla xəbər verir ki, bu barədə CNN telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Hadisə Vaşinqtonun mərkəzində, Noemin şam etdiyi restoranda baş verib.
Telekanalın mənbəsinin bildirdiyinə görə, çantada sürücülük vəsiqəsi, dərmanlar, mənzil açarları, pasport, rəsmi sənəd, kosmetik çanta və təxminən 3000 dollar pul olub.
Nazirin təhlükəsizliyini təmin edən Məxfi Xidmətin əməkdaşları restoranın kameralarının görüntülərini yoxlayıb və çantanın tibbi maska taxan naməlum şəxs tərəfindən oğurlandığını müəyyən ediblər.
Faktla bağlı araşdırma aparılır.


Tarix: 21 aprel 2025
Baxış: 33

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş