Fövqəladə Hallar Nazirliyi su basmış ərazilərlə bağlı məlumat yaydı - Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilib.
Gender.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
"Hazırda bəzi ərazilərdə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi həyata keçirilir", - deyə məlumatda qeyd olunub.