Xəbər lenti
Reklam
Sabah 2 rayonun 22 kəndində qaz olmayacaq - YENİLƏNİB

Sabah Zaqatala rayonunun Muxax kəndində qaz təchizatı dayandırılacaq.
Bu barədə Gender.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, İstehsalat Birliyinin Zaqatala Regional Qaz İstismar İdarəsinin Zaqatala xidmət sahəsində Zaqatala rayonu Muxax kəndində qaz sayğaclarının girişinə qədər olan hissələri əymə borularla əvəz olunacaq.
Bununla əlaqədar aprelin 11-də saat 09:30-dan etibarən 45 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır. İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.
***
Qurumdan bildirilib ki, sabah həmçinin Yevlax rayonunun 21 kəndinin də qaz təchizatında fasilə yanacaq.
Məlumata görə, İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Zaqatala xidmət sahəsində yerləşən ”Xaldan” qazpaylayıcı stansiyasından (QPS) qidalanan əhali daşıyıcı qaz kəmərinin Əkşəm kəndi ərazisində kanal üzərindən keçən d-219 mm-lik polad boruda yaranmış sızma aradan qaldırılacaq.
Bu məqsədlə “Xaldan” ölçü qovşağından daxildən (kollektorun çıxışından), aprelin 11-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatınin (21 kənd olmaqla 5 791 abonent) dayandırılması planlaşdırılır.

Tarix: 10 aprel 2025
Baxış: 42

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş