"Bakı Kart"ın nizamnamə kapitalı kəskin azaldılır
Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group" MMC nizamnamə kapitalını 3,7 milyon manat və yaxud 16,1% azaldaraq, 23 milyon manatdan 19,3 milyon manata endirdiyini elan edib.
Gender.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.
Məlumata görə, kreditorlar 1 ay ərzində öz tələblərini Bakı şəhəri, Yasamal rayonu, Tiflis prospekti, 49/C ünvanına təqdim edə bilərlər.
Qeyd edək ki, "K Group" 2014-cü ildə yaradılıb.
Tarix: 09 aprel 2025
Baxış: 32
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş