Redaktor seçimi
    Oliqarx oğlu məhkəməni bu dəfə də uduzdu – övladını ad-soyadını və aliment verəcək
Xəbər lenti
Reklam
Müharibə veteranlarına ŞAD XƏBƏR: 80 manatlıq müavinət artırılacaq

“Yaxın zamanda Azərbaycanda bütün növ müavinətlərin artımı gözlənilir. Bura veteranlara verilən 80 manatın artımı da daxil ola bilər”.
Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa “Referans”-a açıqlamasında deyib.


“Artım bütün sahələri əhatə edəcək. Konkret olaraq məbləğ hələ ki məlum deyil lakin veteranlara verilən 80 manat məbləğində müavinətin də nəzərdə tutulan artımlar çərçivəsində altırılacağı gözlənilir. Bu təklif Milli Məclisdə dəfələrlə səsləndirilib. Ümid edirik ki, belə bir artım olacaq. Demək olar ki, bütün sahələrdə ilin başlanğıcında belə artımlar nəzərdə tutulur. Ölkə Başçısı aztəminatlı, sosial dəstəyə ehtiyacı olan insanların problemlərini müəyyən dərəcədə ortadan qaldırmaq üçün bu addımları mütəmadi olaraq atır. Bu dəfə də bu addımın atılması gözlənilir”. 

Fidan Vəlisoy 

Tarix: 04 aprel 2025
Baxış: 41

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş