Xəbər lenti
Reklam
“Autizimli Uşaqların Səsi Ol!”

Beynəlxalq 2 Aprel Ümumdünya Autizim məlumatlamdırma günü  həsr olunmuş, "Autizimli uşaqların səsi ol! adlı tədbir  Hilton Otelində keçirildi. 
Gender.Az-ın məlumatına görə, tədbir Ümumdünya Autizm Maarifləndirmə Gününə həsr olunmuşdu və autizm spektr pozuntusu olan uşaqların hüquqlarına diqqət çəkmək, cəmiyyətdə maarifləndirməni artırmaq məqsədi daşıyır.
Tədbirdə autizimli uşaqların valideynləri, ictimai təşkilatların nümayəndələri, mütəxəssislər və media nümayəndələri iştirak etdilər. Proqram çərçivəsində autizm mövzusunda maarifləndirici çıxışlar edildi, təcrübə mübadiləsi aparıldı və mütəxəssislər tərəfindən autizm spektr pozuntusu ilə bağlı aktual məsələlər müzakirə olundu. 
Tədbirin əsas məqsədləri:
Autizmlə bağlı ictimai məlumatlılığın artırılması;
Autizimli uşaqların hüquqlarının müdafiəsinə diqqət çəkmək;
Cəmiyyətin bu mövzuya daha həssas və anlayışlı yanaşmasını təmin etmək;
Autizmli uşaqların və onların ailələrinin sosial inteqrasiyasına dəstək olmaq.
Tədbirdə həmçinin autizimli uşaqların cəmiyyətə inteqrasiyasını təşviq edən sosial layihələrin təqdimatı keçirildi və iştirakçılar arasında fikir mübadiləsi aparıldı. 
Bu təşəbbüs vasitəsilə autizimli uşaqların səsi olmaq və onların hüquqlarını qorumaq istiqamətində yeni addımlar atılacaq .


İ.B - sədri :Məmmədli Çiçək Qəzənfər qızı
“Autizmlə Mübarizə İctimai Birliyi”

Tarix: 31 mart 2025
Baxış: 67

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş