Xəbər lenti
Reklam
"Sağlam münasibətdə iki insanın bir-birini üzməsi lazımdır" - Psixoloq

"Sağlam münasibətdə iki insan bir-birini üzür. Əgər bir münasibətdə bir nəfər digərini heç üzmürsə, deməli, o insanın özü üzüləndir".
Bunu klinik psixoloq Fuad Əsədov deyib.
"Əgər münasibətdə biri qarşısındakını üzmürsə, deməli, xoşuna gəlməyən şeyləri demir, içində saxlayır. O, sadəcə bir məmnunedicidir, sevilməməkdən və qarşı tərəfi itirməkdən qorxur. 
Diqqət etsəniz görərsiniz ki, sevilməmə riskini qəbul edən insanlar hər zaman daha çox sevilirlər" - o bildirib.
Psixoloqun sözlərinə görə, sağlam psixologiyalı insanın bir az sevilməməsi və sağlam münasibətdə də insanların bir-birini üzməsi lazımdır. 
"Sağlam münasibətdə iki insanın bir-birini üzməsi, əslində, qarşılıqlı olaraq sərhədlərin və fərdi ehtiyacların qorunması deməkdir". \\Ölkə.Az

Tarix: 09 noyabr 2024
Baxış: 37

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş