2026-cı ilin sözü elan edildi
Hər hansı bir sahədə ən yüksək nəticəyə nail olmaq cəhdini bildirən "maxxing" internet neologizmi "Dictionary.com" lüğəti tərəfindən 2026-cı ilin sözü elan edilib.
"Maxxing" termini əsasən başqa sözlərlə birlikdə işlədilir.
Nümunə olaraq, "looksmaxxing" (hərfi mənada - "görünüşü maksimallaşdırmaq") insanın öz xarici görünüşünü ən üst səviyyəyə qaldırması prosesini, "moneymaxxing" ("pulu maksimallaşdırmaq") isə maliyyə vəziyyətini və gəlirləri ən yüksək həddə çatdırmaq məqsədini bildirir.
Ümumiyyətlə, yeni terminlər yaratmaq üçün "maxxing" ifadəsinin önünə istənilən sözü əlavə etmək mümkündür.\\Medicina.Az
Tarix: 28 oktyabr 2026
Baxış: 29
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş