Xəbər lenti
Reklam
Miqrenin müalicəsi dünyada yalnız Azərbaycandadır - Həkim qeyri-adi metodlarından danışdı
UNESKO-nun xalq yaradıcılığı Təşkilatının Azərbaycan bölməsinin rəhbəri, Yaponiyanın OİTKA təşkilatının üzvü, "Premium” klinikasının təbii üsullarla müalicə mərkəzinin rəhbəri həkim Seyfəddin Əsəd hazırda bir çox beynəlxalq tədbir və konfranslara unikal müalicə metodikası ilə bağlı dəvət olunur. Onun yanına illərdir Türkiyə, Rusiya, İran, hətta Avropadan miqrendən əziyyət çəkən xəstələr gəlir.
Tanınmış həkimin miqrenlə bağlı geniş müsahibəsini təqdim edirik.
- Miqren əsrin bəlasıdır. Maraqlı odur ki, baş ağrı kimi ağrı deyil, xəstəlik kimi xəstəlik. Müasir tibb deyir, müalicəsi yoxdur. Sizcə, bu xəstəliyin səbəbi, kökü nədir?
- Miqren qadınlarda daha çox müşahidə olunur. Rast gəlinən miqrenin çox faizinin səbəbi irsi, genetikdir, atada, babada, nənədə olur. Əksər halda uşağa ata-anadan keçir.
İrsi keçən miqren uşaq vaxtında özünü büruzə verir. 2-3 yaşlı uşağın başı ağrıyır, böyüklər başa düşmür, deyirlər, beyindaxili təzyiqdir. Uşağa tamam ayrı dava-dərman edirlər, faydası yoxdur. Müayinə edirik, görürük, miqreni var.  
Çoxu deyir, boyunda duzlaşma var, ona görə miqren olur. Mən də soruşuram, bəs 2 yaşlı uşağın boynunda duz var?  Deməli, genetik keçib.
Digər səbəblər stress, qidalanma, yuxusuzluq, keçid dövrü- hormonal faktorlar və s.
Təəssüf ki, bu gün dünyada, eləcə də bizdə miqrenli xəstələrə deyirlər, sənin haymoritin var. Buruna, gözə ağrı vurur, ordan tuturlar ki, haymor boşluğu, frontal boşluğu doludur. Soruşursan, burundan çirk gəlir, deyir, yox. Amma ağrı var. Başa salıram ki, bu, haymorit yox, miqrendir.

- Miqrenin ağır, yüngül, müalicəsi çətin formaları varmı?
- Miqrenin bir neçə forması var. Ən çox rast gəlinən forması boyun formasıdır. Ağrı boyundan tutur, yuxarı başa və gözə yayılır.
İkinci – gicgah forması. Gicgahdan başlayır, gözə vurur.
Miqren boyundan tutanda ürəkbulanma, qusma verir. Gicgah formasında olmur.
Üçüncüsü - alın forması. Alın formasını frontitlə səhv salırlar.
Dördüncüsü - burun forması. Bu zaman tənəffüs pozulur.
Bunlar tipik miqrendir.
Qeyri-tipik miqren isə daha ağır formadır. Buna auralı miqren deyirlər. Auralı miqrendə xəstə işığa baxa bilmir, səs ağrını gücləndirir, qorxu gəlir. Gözün qarşısından xətlər keçir. Bu qorxu insanı çaşdırır. Elə bilir, nevrolojidir, panik atakdır. Aparırlar nevrozdan, panik atakdan müalicə edirlər, yenə düzəlmir.
Elə adam var, onda miqrenin bir neçə forması eyni vaxtda baş verir: həm boyun, həm gicgah, həm də alın forması.
İnsan da var ki, onda miqrenin yalnız bir forması var. Bu hələ ən sadə, asan formadır.
Xanımlarda isə miqrenin özünəməxsus forması var: menstrual miqren və ya yumurtalıq forması. Klimaks başlayandan sonra miqren itib gedir, azalır.
Müalicə isə hamısında eyni metodika ilə həyata keçirilir, bizim üçün heç bir fərqi yoxdur.
- Miqreni olan xəstə sizə müraciət etdikdə onu nələr gözləyir?
- İlk olaraq xəstə müayinə olunur, analizlər verilir, digər yanaşı xəstəlikləri varsa, onlar da yoxlanılır. Yəni xəstə barədə tam təsəvvürüm olmalıdır. Əsas, şah müalicə isə arı sancmasıdır.
Bir arının zəhəri ilan zəhərindən 30 dəfə güclüdür və bir arı insanı öldürə də bilər. Arı zəhəri ilə müalicə çox ehtiyatlılıq, diqqətlilik tələb edir. Hərdən deyirlər, bu metodu başqalarına öyrət, qoy yayılsın. Amma hər adama öyrətmək olmaz. Əgər arı xəstəni şoka salsa, şokdan çıxara biləcəkmi? Xeyr, fayda əvəzinə, xəstəni öldürsə, neyniyəcək?! Hər dəfə xəstəyə arı qoyanda mənim ömrümdən ömür gedir. Heç zəlidə belə risk yoxdur.
Arı ilə müalicə ilə yanaşı arı məhsulları, bal, çiçək tozu, arı südü, hətta arı ölüsündən hazırlanmış ekstraktlar istifadə olunmalıdır. Allah arını elə yaradıb ki, hər şeyin dərmanı ondadır. Miqrenin də dərmanı da arıdadır.
Arı qanı da duruldur, effekti 1-2 il davam edir. Zəli də qanı duruldur, amma 6 əy təminat verir.
- Necə oldu ki, miqrenin arı zəhəri ilə müalicəsinin effektivliyini kəşf etdiz?
- Bir tanış pasiyent var idi, gürcüstanlıdır, Bakıda yaşayır. Onun, baş ağrısı, miqrendən müalicə olmaq üçün getmədiyi yer qalmamışdı. Moskvada da müalicə almışdı, amma sağalmırdı. İlk dəfə ona dedim ki, gəl bir arı sancmasını sınayaq. Onsuz da çarəsi yoxdur bunun. Arı, zəli və digər metodlarla müalicəyə başladım. 2 aydan sonra dedi ki, daha miqren tutmur. Çox sevinirdi. Onda bu metodu təkmilləşdirməyə qərar verdim.
Bunun üçün ayrı-ayrı ölkələrdə  oldum. Tailandda, Hindistanda, Çində, Türkiyədə, Amerikada, İranda – harda maraqlı nə varsa, onu tapıb öyrəndim. Zəlidən hazırlanan kremin texnologiyasını İranda öyrəndim.
Amerika tibbi deyirik. Amma dünyada təbii müalicə metodları ən çox Amerikada yayılıb. Orada bir küçədə o qədər təbii müalicə mərkəzləri var, saymaqla bitmir.
- Müalicə neçə vaxtdan sonra effekt verir və nə qədər davam edir?
- Ola bilər, birinci gündən ağrı kəsər. Xəstə var, 15 günə effekt verir. Maksimum 1-2 ay müalicə tələb olunur. 80 faiz xəstə elə birinci kursdan ömürlük effekt alır. 20 faiz xəstəyə ikinci kurs lazım olur.
Miqren elədir ki, müalicə bitir, xəstə sağalır, amma illər sonra xəstədə əgər fövqəladə bir hadisə, güclü bir stress, qorxu yaşanarsa, yenidən qayıda bilər. Onda da bir kurs müalicə lazımdır.
- Artıq digər ölkələrdən də xəstələr qəbul edirsiniz. Bu da Azərbaycan adına sevindirici faktdır.
- Videolarımı, çıxışlarımı tapırlar, kim ki dilimizi anlayır, bilir, eşidir gəlir. Türkiyə, İran, Rusiya, MDB dövlətlərindən xəstələrimiz olub. Amerika, Kanadan da gələnlər var.
- Bu metod təkcə miqren yox, həm də digər baş ağrılarında da effekt verirmi?
- Bəli, miqreni sağaldırsa, baş ağrısı nədir ki?! Amma iş ondadır ki, adi baş ağrısı bir zoğal mürəbbəsi, banka qoydurmaqla, bir ağrıkəsici atmaqla gedə bilir. Miqren isə getmir. Miqren 20-25 il insandan əl çəkmir.
- Bəs, zəli ilə müalicə? İnsanlar özləri zəli alır, evdə qoyur. Bu, düzgündürmü?
- Təəssüf ki, bizdə zəli müalicəsi hazırda çox qarışıq vəziyyətdir. Müalicə üçün zəli mütləq fabrik zəlisi olmalıdır. Hardan oldu zəli tapıb, yığıb qoymaq, əldən zəli almaq olmaz. O zəlilərdən ağırlaşmalar olur.
Zəlini müayinəsiz başlamaq olmaz. Mütləq qan və hepatit analizləri olunmalıdır. Tutaq ki, xəstə zəli qoydurur, üstündən 3-4 ay keçdi, hepatit oldu. Deyəcək, zəli qoydurmuşdum, ordan keçdi. Xəstəni hepatitdən yoxlamadan zəli qoymaq olmaz. Yoxsa mənə, işçilərə keçə bilər.
Qurbağa da elədir. Çöldə, göldə olan qurbağanı götürüb, zoba qoymaq olmaz. O qurbağalar zəhərlidir. Qurbağa terapiyasında cəmi 2 növ qurbağa istifadə olunur, onlar da xüsusi yetişdirilməlidir. Dediyim odur ki, insanlar özlərini aldatmasınlar, belə müalicələrə dırnaqarası yanaşmasınlar, sağlamlıqlarını təhlükəyə atmasınlar. Hər işin mütəxəssisi var.\\Medicina.az

 
Tarix: 13 mart 2019
Baxış: 672

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş