Tibbi qurumun təmir planı yarımçıq qaldı - TENDER LƏĞV EDİLDİ
Milli Onkologiya Mərkəzinin korpuslarında aparılması nəzərdə tutulan cari təmir işləri üzrə elan edilmiş satınalma proseduru ləğv edilib.
Gender.Az xəbər verir ki, ehtimal olunan dəyəri 279,881.13 AZN olan təmir işləri üzrə keçirilən müsabiqənin ləğv edilmə səbəbi “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1.1-ci maddəsinə əsaslanır. Qanuna uyğun olaraq, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, həmçinin tələb olunan halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğuna görə, müsabiqənin davam etdirilməsi mümkün olmayıb.
Tarix: 21 avqust 2025
Baxış: 26
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş