Adının çəkilməsini istəməyən 18 yaşlı Bakı sakini “Gender.az”ın redaksiyasına ünvanladığı məktubda taksi sürücüsünü ona qarşı seksual xarakterli hərəkət etməkdə günahlandırıb.
Həmin gənc xanımın məktubunu izləyicilərimizə təqdim edirik:
“Ötən gecə saat 24:00 radələrində işdən evə qayıdarkən 20 yanvar ərazisində Sumqayıta getmək üçün taksilərdən birinə əyləşdim.
Mercedes markalı “90-SS-720” dövlət nişanlı maşının sürücüsü Röyal Teymur oğlu Həsənov başqa sərnişin götürmədən avtomobili sürdü və mənə: "gedək şəhəri gəzək, sonra səni evə apararam”,- dedi.
Ondan maşını saxlamasını tələb etdim. Sürücünün maşını saxlamadığını görüb qapını açdım. O, qolundan tutub sıxdı, sonra arxama əl atdı. Maşından düşən kimi nömrəsini yazdım və yaxınlıqdakı DYP maşınına yaxınlaşıb hadisəni danışdım. Birlikdə 29-cu polis bölməsinə getdik. Ərizə yazdım. Maşının nömrəsi portala daxil edildi və şəkildən sürücünü tanıdım."
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin: