Xəbər lenti
Reklam
Sabirabadın 17 kəndinin qazla təchizatı dayandırılacaq
Sabirabad rayonunun 17 kəndində qaz təchizatı dayandırılacaq.

Gender.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, diametri 315 mm-lik PE "Ulacalı-Qaragüney" ortatəzyiqli yeraltı qaz kəməri üzərində quraşdırılmış D300 mm-lik siyirtmənin flyans birləşmələrində yaranmış qaz sızmasının aradan qaldırılması məqsədilə 24.06.2025-ci il saat 10:00-dan etibarən işlər başa çatanadək Sabirabad rayonunun Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Məmişlər, Kürkəndi, Əsədli, Qəfərli, Suqovuşan, Bulduq, Ətcələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (ümumi 7 846 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Tarix: 23 iyun 2025
Baxış: 50

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş