Maykl Ceksonun ikinci həyat yoldaşı və onun böyük övladları olan Prins və Paris Ceksonın anası, 67 yaşlı Debbi Rou Kaliforniyada görüntülənib.
Gender.az Milli.Az-a istinadla xəbər verir ki, onun, "Michael" filminin kassadakı uğuru fonunda, ictimaiyyət qarşısına çıxması taleyinə olan marağı yenidən artırıb.
Xatırladaq ki, cütlük 1996-cı ildə Sidneydə gizli şəkildə evlənib, 2000-ci ildə isə rəsmi olaraq boşanıb. Nikah müqaviləsinə əsasən, Rou təxminən 8 milyon dollar və Beverli Hillsdə bir ev əldə edib.
Ayrıldıqdan sonra o, uşaqlar üzərində tam qəyyumluq hüququndan imtina edərək onların atalarının himayəsində qalmasına razılıq verib. 2001-ci ildə isə valideynlik hüquqlarını rəsmi şəkildə Maykl Ceksona təhvil verib. Məhkəmədə qadın bu qərarının sevgisizliklə bağlı olmadığını vurğulayaraq belə deyib:
"Mən onları çox sevirəm. Amma onlar onun uşaqlarıdır." (olay)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar: