Xəbər lenti
Reklam
Bakının 2 rayonunda qaz kəsiləcək - Yenilənib

Payız-qış mövsümünə hazırlıq və təmir-quraşdırma işləri ilə əlaqədar 18.06.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Şuşa, Kənd Ramana, Savalan, Maştağa qəsəbələrinin, həmçinin Səbail rayonunun Badamdar qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
****
Sabah Lənkəran rayonunun bəzi yaşayış məntəqələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Gender.Az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, 18.06.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Lənkəranın Sınovli və Osaküçə kəndlərinin tam olaraq, Vilvan kəndinin isə bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Qeyd olunub ki, təmir-quraşdırma işləri başa çatdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.
Tarix: 17 iyun 2026
Baxış: 23

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş