Direktordan sonra müavini də işdən çıxdı
Quba Rayon Mərkəzi Xəstəxanasının direktor müavini, həkim Əmir Əliyev tutduğu vəzifədən ayrılıb.
Gender.az “Shimal.news”a istinadən xəbər verir ki, 18 il ərzində rayon xəstəxanasında müxtəlif vəzifələrdə çalışan Ə.Əliyev işdən öz istəyi ilə ayrılıb.
Qeyd edək ki, bir müddət əvvəl xəstəxananın direktoru Əliyar Sərvərov da vəzifəsindən azad edilmişdi. Onun yerinə Pirallahı Tibb Mərkəzinin sabiq direktoru Azər Zeynalov təyin olunub.
Beləliklə, son dövrlərdə Quba Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyində ardıcıl kadr dəyişiklikləri baş verib.
Tarix: 17 iyun 2026
Baxış: 22
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş