Tanınmış vəkilin qızı qəzada həlak oldu
Vəkillər Kollegiyasının üzvü Fərhad Mehdiyevə ağır itki üz verib.
Gender.az bildirir ki, E-huquq.az-ın əldə etdiyi məlumata görə, tanınmış vəkilin qızı yol qəzasında dünyasını dəyişib.
Hadisə bu gün Bakı-Sumqayıt yolunda baş verib. Belə ki, minik avtomobili vəkilin qızının idarə etdiyi motosikletlə toqquşub.
Nəticədə 17 yaşlı qız aldığı xəsarətlərdən dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Humay Eminqızı
Tarix: 16 iyun 2026
Baxış: 29
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş