ADY-dən sərnişinlərə XƏBƏRDARLIQ: bank kartı məlumatları mənimsənilir - FOTO
Sosial mediada ADY (Azərbaycan Dəmir Yolları) Kart adı altında saxta səhifələr açılıb.
Bu barədə Gender.az-a Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) bildirilib.
Qeydedilir ki, bu səhifələr “il ərzində məhdudiyyətsiz səyahət təklifi ilə ilkin satış qiymətinə smart kart” kimi yalan məlumatlar yayaraq istifadəçiləri aldadır və bank kartı məlumatlarını mənimsəyir.
“Təhlükəsizliyinizi qoruyun: ADY-nin rəsmi səhifələrini izlədiyinizə əmin olun. Şəxsi məlumatlarınızı paylaşmadan əvvəl səhifənin etibarlılığını yoxlayın. Yalnız rəsmi mənbələrdən məlumat əldə edin. Kibercinayətkarlığa qarşı birgə mübarizə aparaq. Şübhəli hallarla qarşılaşdıqda dərhal aidiyyəti qurumlarla əlaqə saxlayın və bank məlumatlarınızı heç kimlə paylaşmayın”, - ADY-dən bildirib.
Tarix: 02 noyabr 2024
Baxış: 55
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş