10-dan çox marşrutun hərəkəti dayandırılır
COP29-un ilk 4 günündə 10-dan çox marşrut xətti üzrə avtobusların hərəkəti dayandırılacaq.
Gender.az xəbər verir ki, bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri (AYNA) Anar Rzayev “COP29 nəqliyyat planının təqdimatına dair” xüsusi brifinqdə bildirib.
Onun sözlərinə görə, sabahdan hər bir marşrut dəyişikliyi ilə bağlı məlumatlar paylaşılacaq.
“Bu məlumatlarda marşrutlar üzrə hərəkəti dayandırılan avtobuslar və alternativ marşrutlar göstəriləcək. Bütün məlumatları birdəfəyə paylaşıb çaşqınlıq yaratmaq istəmirik. Buna görə, məlumatları hissə-hissə paylaşmağa üstünlük veririk”, - deyə AYNA sədri qeyd edib.
Tarix: 01 noyabr 2024
Baxış: 53
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş