Xəbər lenti
Reklam
Rusiya bu ölkəyə etiraz notası göndərdi

Rusiya Finlandiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Gender.az  xəbər verir ki, bu barədə Rusiyanın diplomatik nümayəndəliyi məlumat yayıb.
“Səfirlik Finlandiyada Rusiya daşınmaz əmlakının müsadirəsi ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün işlərini davam etdirir. Oktyabrın 29-da Finlandiyanın Məhkəmə İcraçıları Xidmətinə xidmətin məhdudlaşdırıcı tədbirlər gördüyü 40-dan çox obyektin siyahısı daxil olub. Bütün qeyd olunan daşınmaz əmlak Rusiya Federasiyasına məxsusdur”, – məlumatda qeyd olunub.
Səfirlik Finlandiya Xarici İşlər Nazirliyinə nota göndərərək, respublika hakimiyyətinin beynəlxalq hüququn müddəalarını kobud şəkildə pozan hərəkətlərinə kəskin etirazını bildirib:
“Ümid edirik ki, Finlandiya Məhkəmə İcraçıları Xidmətinin qərarına yenidən baxılacaq”.

Tarix: 29 oktyabr 2024
Baxış: 99

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş