Ehtiyatda olan hərbçilərin təlimlərə çağırışı ilə bağlı yeni qaydaları müəyyənləşir
Hərbi vəzifəlilərin ehtiyatda olduqları müddətdə hərbi təlim toplanışlarına çağırışı ilə bağlı yeni qaydalar müəyyənləşdirilir.
Bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər təklif olunur.
Gender.Az Ölkə.Az-a istinadla xəbər verir ki, bununla əlaqədar olaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 175-ci maddəsinə aşağıdakı dəyişikliklər nəzərdə tutulur:
"Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 175-ci maddəsin 1.1 bəndinə edilən təkliffə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi təlim toplanışlarına aşağıdakı qaydada çağırıla bilərlər:
"Birinci dərəcəli ehtiyatda olanlar – hər dəfə iki ayadək müddətə beş dəfəyədək, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər isə hər dəfə iki ayadək müddətə on dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;
ikinci dərəcəli ehtiyatda olanlar – hər dəfə iki ayadək müddətə üç dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;
üçüncü dərəcəli ehtiyatda olanlar – bir ayadək müddətə bir dəfə”.;
1.2. “Ehtiyatda olan birinci dərəcəli uçuş heyəti bu maddədə göstərilən hərbi təlim toplanışları ilə yanaşı, birinci dərəcə üzrə ehtiyatda olma müddətində, habelə uçuş təlimi keçmək üçün hər dəfə 40 günədək müddətə beş dəfəyədək toplanışa çağırılırlar”.
Digər təklif isə aşağıdakından ibarətdir:
“Müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin toplanışlarda olmağının ümumi müddəti 30 aydan, ehtiyatda olan digər hərbi vəzifəlilərin toplanışlarda olmağının ümumi müddəti isə 18 aydan çox ola bilməz”.
Məsələ Milli Məcliisn oktyabrın 29-da keçirləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Mürtəza