Redaktor seçimi
    Deputatdan etiraz: “COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri bununla məzələnirlər”
Xəbər lenti
Reklam
Yollar bağlanacaq
UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində bu axşam Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" görüşü ilə bağlı stadionun ətraf küçələrinə avtomobillə giriş qadağan ediləcək.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib.
"Saat 19:00-dan sonra oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionu ərazisində və ətrafdakı yollarda müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Vətəndaşlardan xahiş edirik ki, həmin istiqamətə ictimai nəqliyyat vasitələrindən istifadə edərək gəlsinlər". 
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" görüşü saat 20:45-də start götürəcək.

Tarix: 24 oktyabr 2024
Baxış: 16

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş