Helen və Milton qasırğaları ABŞ-ın Florida ştatına ət yeyən bakteriya gətirib.
Gender.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "New York Post" (NYP) yazır.
"Florida son həftələrdə arxa-arxaya iki qasırğanın vurmasından sonra ət yeyən bakteriyaların partlaması ilə mübarizə aparır və infeksiyalar əvvəllər görünməmiş səviyyələrə çatır", deyə bildirilib.
Nəşrin məlumatına görə, qasırğaların gətirdiyi ilıq sel suları müxtəlif təhlükəli bakteriyalar, o cümlədən ətyeyən bakteriya Vibrio vulnificus üçün ideal çoxalma meydanına çevrilib. NYP ümumilikdə 74 nəfərin virusa yoluxduğunu açıqlayır.
Nəşr qeyd edir ki, infeksiya bakteriyaların orqanizmə çiy balıqla daxil olması və ya açıq yaralarla dəniz suyunun təması zamanı baş verir. Bakteriya immun sistemi zəif olan və xroniki qaraciyər xəstəliklərindən əziyyət çəkən insanlar üçün xüsusi təhlükə yaradır. Belə insanlarda bakteriyalar qan dövranına daxil ola bilir.
Vibrio vulnificus, yoluxduqda, mədə-bağırsaq problemlərindən sepsis və toxuma nekrozuna qədər müxtəlif problemlər yarada bilər. Ağır yoluxma hallarında ölüm nisbəti 50%-dir.
Oktyabrın 9-da Amerikanın Florida ştatını maksimal sürəti 160 km/saata çatan Milton qasırğası vurub. Təxminən 125 evi dağıdıb və elektrik enerjisinin geniş kəsilməsinə səbəb olub. 2,6 milyondan çox insan işıqsız qalıb. Fəlakət ərəfəsində 5 milyondan çox insan təxliyə edilib. ABŞ prezidenti Co Bayden Miltonun vurduğu zərərin şərti olaraq 50 milyard dollar qiymətləndirilir.