Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Ermənistan Zəngəzur dəhlizinə razı olmasa... - Cənubi Qafqazın YENİ QURULUŞU / VİDEO

“Biz “Zəngəzur dəhlizi” deyirik, amma əslində söhbət Cənubi Qafqazın yeni arxitekturasından gedir”.
Gender.Az xəbər verir ki, bu sözləri “Alternativ layihələr” qrupunun üzvü, ekspert Vahe Ovannisyan erməni mediasına müsahibəsində deyib.
“Elə vəziyyət yaranıb ki, Qərb yol üçün bir variant, Rusiya başqa variant təklif edir. Ermənistan isə ona sərfəli, Rusiya ilə Qərb arasında münaqişə predmetinə çevrilməyəcək variantı təklif etmir. Hamıya və hər şeyə “yox” deyirik. Bu ona gətirib çıxaracaq ki, bütün məsələlər bizsiz, amma ərazimizdə həll olunacaq”, – o bildirib.
Sərhədlərin dəyişdirilməsini özünün “qırmızı xətti” elan edən İrana gəlincə, V.Ovannisyan qeyd edib:
“Əvvəla, İran çox ciddi münaqişədə iştirak edir və bu hələ mübahisəlidir ki, onun sizi sona qədər qorumaq üçün kifayət qədər resursu və vaxtı olacaqmı? Həm də özün-özünü qorumadığın bir situasiyada. İkincisi, rəqibləriniz İranla daha geniş maraqlarla danışıqlar apara və nədəsə güzəştə getməklə bu məsələdə istədiklərini əldə edə bilərlər. Üçüncüsü, İranla münasibətlərimiz yalnız bəyanatlar səviyyəsindədir, “dəmir zəmanət” deyil. Biz İranla xüsusilə Zəngəzurda ciddi iqtisadi layihələr işləmirik”.
Ətraflı videoda:

Tarix: 10 oktyabr 2024
Baxış: 36

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş