Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
“Paşinyan Bakıda kameralar qarşısında gülümsəyəndə...”

Ermənistandakı revanşist qüvvələr baş nazirin COP29-da mümkün iştirakına qarşı təbliğata başlayıb. Artıq xeyli müddətdir ki, Ermənistan nümayəndə heyətinin noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammitində iştirak edib-etməyəcəyi ilə bağlı suala dəqiq cavab vermir.

Qeyd edək ki, COP29-a ev sahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdü. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda elan olunub ki, Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Ondan sonra Bolqarıstan da öz namizədliyi ilə bağlı eyni addımı atıb.

Ermənistan KİV-ləri Ermənistanın Azərbaycanın xeyrinə öz namizədliyini geri götürməsi arqumentindən çıxış edərək Nikol Paşinyanın COP29 çərçivəsində Bakıya gələ biləcəyinə dair iddialar səsləndirilmişdi. Ötən həftə Ermənistan parlamentinin spikeri iqlim sammitində sənəd imzalanmasının əleyhinə olmayacağını açıq şəkildə bildirsə də, son qərarın Azərbaycanın olduğunu qeyd edib.

Erməni revanişistlər isə Paşinyanın Bakıya getməməsi üçün ən müxtəlif bəhanələr gətirirlər.

Musavat.com xəbər verir ki, Son olaraq alphanews.am saytına danışan politoloq Baniamin Matevosyan iddia edib ki, əgər Paşinyan və ya Ermənistan nümayəndə heyəti Bakıya səfər edərsə, “Azərbaycanın son illərdə hərəkətlərinin legitimlik qazandıracaq siyasi akt olacaq. Ermənistan Zəngəzur dəhlizinin Azərbaycan tərəfinin nəzarətinə verilməsinə, konstitusiyanın dəyişdirilməsinə razılıq vermiş olacaq. Bakında Paşinyan və ya Ararat Mirzoyan kameralara gülümsəyəndə bir qədər aralıda “Artsax”ın hərbi-siyasi rəhbərliyi mühakimə edəcək”.

Politoloq deyib ki, “açıq-aydın görünür ki, bu şəxslərin taleyi rəsmi İrəvan üçün maraqlı deyil, ən azı, onların geri qayıtmasında maraqlı deyillər. Vəziyyətdə daha bir nüans var ki, nəinki hakimiyyət orqanları, hətta “Ermənistanla Azərbaycan qonşudur” deyən ziyalılara da onlardan danışmaq istəmirlər ”.

Yada salaq ki, “Hraparak” qəzeti də bir müddət əvvəl Paşinyanın Bakıya səfər edə biləcəyindən yazmışdı. Erməni hökumətinə yaxın politoloq Areq Koçinyan Nikol Paşinyanın noyabrda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının iştirakçılarının konfransında iştirak etmək üçün Bakıya gedə biləcəyini istisna etməyib.

“Mən istisna etmirəm ki, sazişin imzalanması COP29 çərçivəsində baş verəcək. Bir şərtlə ki, Ermənistanın baş naziri geri qayıdanda Bakıda saxlanılan hərbi əsirləri özü ilə gətirsin”, deyə bildirib.

Musavat.com


Tarix: 05 oktyabr 2024
Baxış: 57

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş