Redaktor seçimi
    Bu şəxslər yenidən müddətli həqiqi hərbi xidmətə göndəriləcəklər
Xəbər lenti
Reklam
“Kəşbək banklar üçün xərcdir” - Əkrəm Həsənov

AMB-nin baş direktoru Toğrul Əliyev qurumun "2024-cü ilin yarım illiyinə həsr olunan Maliyyə sabitliyi" hesabatının təqdimatı zamanı bildirib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) bankların kəşbək kampaniyaları onların maliyyə dayanıqlılığına təsirini görsə, xərclərin optimizasiyası istiqamətində göstəriş verə bilər.
Bildirilib ki, mənfəət-zərərliliyinin təhlili nəticəsində maliyyə dayanıqlılığına təhdidlər yaradacaq situasiyalar yaranarsa, Mərkəzi Bank tərəfindən xərclərin optimizasiyası istiqamətində banklara göstəriş verilə bilər. Bu addım həmin xərclərin izafi artımının bankın maliyyə dayanıqlılığına təhdidlər yaradarsa, atıla bilər.
Bankların maliyyə dayanıqlılığına təhdidlər yaradacaq situasiyalar hansılardır? Kəşbək kampaniyaları bankların xərclərinə nə qədər təsir göstərir? Bu cür kampaniyalar banklara əlavə nə qazandırır?
Bankların maliyyə dayanıqlılığına təhdidlər yaradacaq situasiyalar haqqında danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Valyuta.az-a bildirib ki, istənilən kommersiya qurumu və ya bank üçün təhdid o zaman olur ki, onun xərci gəlirindən çox olur: “Bu halda isə həmin qurum öhdəlikləri yerinə yetirməyəcək, əmanətləri geri qaytara, bank hesabatlarında olan vəsaiti, Mərkəzi Bankdan götürdüyü kreditləri geri qaytara bilməyəcək”.
Ekspert bildirib ki, kəşbək banklar üçün xərcdir:
“Lakin Mərkəzi Bankın mesajı o deməkdir ki, bu xərclər banklar üçün elə də böyük xərc deyil. 
Elə mən də hesab edirəm ki, bu, bankların gəlirlərinin müqabilində elə də böyük xərc deyil. Əksinə, daha çox müştəri cəlb etməyə, qazanc əldə etməyə şərait yaradır”. 

Tarix: 01 oktyabr 2024
Baxış: 59

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş