Redaktor seçimi
    Bu şəxslər yenidən müddətli həqiqi hərbi xidmətə göndəriləcəklər
Xəbər lenti
Reklam
“Azərbaycanda hər hansı sahəyə pul qoyan vətəndaş yalnız itirir” - MİLYONLAR, ALDADILAN İNSANLAR...

Son zamanlar Azərbaycanda da vətəndaşlar maliyyə piramidası fırıldaqçılığı ilə üzləşirlər. Maliyyə piramidası iştirakçılarını daim yeni maliyyə mənbələrinə cəlb edərək mənfəət əldə etmək üçün bir yoldur. Layihənin ilkin mərhələsində ona üzv olanlar maliyyə piramidasından vəd edilmiş qazancı əldə edə bilirlər.

İqtisadi məsələlər üzrə ixtisaslaşmış hüquqşünas Əkrəm Həsənov Referans.Az-a açıqlamasında bu haqda danışıb.


“Maliyyə piramidaları tarix boyu mövcud olub. Azərbaycanda da həmişə olub. Bu sistem daha çox 90-cı illərdə geniş yayılmışdı. Daha sonra bir müddət bu sahədə səssizlik oldu. Bir neçə müddətdir yenidən aktivləşməyə başlamışdı. Bu sistem gəlir gətirən biznes deyil. Sadəcə məqsədli şəkildə hazırlanmış sistemdir. Burada əvvəlcədən yatırım edən şəxslər daha çox qazanır. Buna görə də bu sistemdə sonda gələnlər həmişə özlərindən sonra insan cəlb etməyə maraqlı olurlar. Beləliklə, mərhələli inkişaf edən bu maliyyə sistemində hər an risk var. Çünki biznesin başında duran şəxs hər an bütün pulları götürüb yoxa çıxa bilər. Belə olduqda maliyyə sisteminə axırıncı qoşulan və yatırım edən şəxslər külli miqdarda vəsait itirmiş olurlar”.

Ekspert qeyd edib ki, belə sistemlərin qarşısı mütləq şəkildə alınmalıdır.
“Bu sistemləri quran dələduzlar insanların asan pul qazanmaq istəyindən istifadə edirlər. Sözügedən sistemlərin təbliğatı da əsasən sosial şəbəkələrdə yayılıb. Digər bir səbəb isə Azərbaycanda maliyyə bazarlarının olmamasından irəli gəlir. Yəni səhm bazarı, qiymətli kağızlar bazarı mövcud deyil. Buna görə də insanlar əsl maliyyə alətlərinə pul qoya bilmirlər. Bizdə yalnız banka gedib əmanət qoyaraq fiks faiz ala bilərsən. Bütün bunlar isə ölkədə maliyyə şəffaflığının, korporativ qanunverciliyin pis vəziyyətdə olmasından və məhkəmələrdə qayda-qanunun olmamasından irəli gəlir”.
 

Fidan Vəlisoy 

Tarix: 30 sentyabr 2024
Baxış: 56

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş