“2030-cu ilə qədər 100 milyard dollarlıq turizm hədəfinə çatacağıq” – Nadir Alpaslan
“2030-cu ilə qədər 100 milyard dollarlıq turizm hədəfinə çatacağıq və Türkiyə dünya turizmində nəhəng ölkələr sırasına daxil olacaq” –
Ulusal.az xəbər verir ki, bu fikirləri Türkiyənin Mədəniyyət və Turizm Nazirinin müavini Nadir Alpaslan bildirib.
“Bu tanıtımlarla ölkəmizin turizm gəlirlərini daha da artırmaq istəyirik. Bu yolla 2024-cü ildə turist sayını 56 milyondan 60 milyona çatdırmağı hədəfləyirdik. Keçən 9 ayda buna demək olar ki, nail olmuşuq. Bu il turizm gəlirlərimizi 60 milyard dollara çatdıracağıq. İqtisadi reallaşmalar göstərir ki, biz bu məqsədlərə asanlıqla nail ola bilərik. Ölkəmizin rifahı, insanlarımızın məşğulluğu kimi məsələlərdə 60 milyard dollar kimi bir rəqəmin nə qədər əhəmiyyətli olduğunu hamımız bilirik. Yaxın gələcəkdə bu 60 milyard dollarla kifayətlənməməyi planlaşdırırıq, amma inşallah 100 milyard dollara doğru möhkəm addımlar ataraq 2030-cu ilə qədər 100 milyard dollar hədəfinə çataraq Türkiyəni dünyanın turizmdə nəhəng ölkələrindən birinə çevirəcəyik. “-deyə
Türkiyənin Mədəniyyət və Turizm Nazirinin müavini Nadir Alpaslan bildirib.
Tarix: 23 sentyabr 2024
Baxış: 67
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş