Azərbaycanda bu xidmətlərin qiyməti ARTDI
Bu ilin avqust ayında Azərbaycanda poçt və kuryer xidmətlərinin qiyməti 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,4 % artıb.
Gender.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ilin yanvar-avqust aylarında adıçəkilən xidmətlər bir il əvvəlki dövrünə nisbətən 0,6 % bahalaşıb.
Bundan başqa, ötən ay rabitə xidmətlərinin qiyməti 1 il əvvəllə müqayisədə 0,3 %, ilk 8 ayda isə (illik müqayisədə) 0,3 % artıb.
Tarix: 14 sentyabr 2024
Baxış: 41
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş