Zəngəzur dəhlizi onlara həvalə edilə bilər – Melkonyan
Azərbaycan regionla bağlı xarici siyasətini Türkiyə ilə koordinasiya edir. Bu o deməkdir ki, Bakı Türkiyənin mövqeyini nəzərə almadan heç bir müqaviləni reallaşdırmayacaq.
Gender.Az globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.
O bildirib ki, Zəngəzur dəhlizinin idarəsi beynəlxalq özəl şirkətə həvalə edilə bilər:
"Əslində, bu, Azərbaycan üçün faydalıdır. Ermənistan da bu məsələdə irəliyə doğru addım atmaqda maraqlıdır".
S.Melkonyan qeyd edib ki, Türkiyə və Azərbaycanın Ermənistana təqdim etdiyi şərtlər müqaviləsiz də həyata keçirilir.
Tarix: 31 avqust 2024
Baxış: 165
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş