Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Erməni politoloqdan ŞOK iddia: “Bakı Rusiyanın vasitəçiliyini qəbul etməz”

“Bakı danışıqları Rusiya platformasına keçirməyə çalışmayacaq, unutmayın ki, hazırkı ikitərəfli format Azərbaycan tərəfinin ideyasıdır”.
Bunu erməni politoloq Tiqran Qriqoryan deyib.
“Hazırkı format müəyyən mərhələdə Qərbin danışıqlar formatını boykot etməyə başlayan Azərbaycanın təzyiqinin nəticəsidir. İndiki format artıq Azərbaycan tərəfinə lazımi üstünlükləri verir. Delimitasiya və demarkasiya məsələsində erməni tərəfinin birtərəfli güzəştlərə getdiyini gördük, İrəvan da Bakının tələblərini qəbul etməkdə qərarlıdır. İndi Bakı Moskvanın vasitəçilik təşəbbüslərini rədd etmək üçün İrəvandan sadəcə istifadə etdi”, - deyə Qriqoryan qeyd edib.
Erməni ekspert Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvanın kəskin reaksiyası ilə nəticələnən və mahiyyətcə Rusiya platformasında danışıqların mümkünlüyünü sıfıra endirdiyi bəyanatına diqqət çəkib. “Ermənistan XİN-in Rusiyanı dağıdıcılıqda ittiham etdiyi reaksiyası mahiyyətcə bu vasitəçilikdən imtina idi”, - deyə Qriqoryan bildirib.\\Musavat.com

Tarix: 24 avqust 2024
Baxış: 67

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş