Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
İrəvan bu səbəbdən sülhdən yayınır: Bölgə müharibəyə sürüklənir

May-iyul aylarında Azərbaycanla Ermənistan arasında davam edən sülh danışıqları və buna paralel olaraq Qazaxın 4 kəndinin azad olunması fonunda iki ölkə arasında sərhədlərin delimitasiya prosesinə başlanması, çox qısa zamanda sülh sazişinin imzalanmasına ümidlər yaratmışdı. Beynəlxalq birlik Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesini təqdir edərək bunun sülh sazişinin ən qısa zamanda imzalanmasına töhfə verəcəyini bəyan etdi. Hətta rəsmi İrəvan belə, sülh sazişinin noyabr ayınadək imzalanması barədə bəyanatlar səsləndirdi. Lakin İrəvanla Bakı arasında sülhün əldə edilməsi istiqamətində davam edən intensiv danışıqlar prosesi iyul ayından etibarən birdən-birə dayandı. İyul ayının 10-da XİN rəhbərləri arasında Vaşiqntonda görüş keçirilib, hər iki ölkə liderinin Londonda "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı çərçivəsində görüşünün təşkil edilməsi barədə ilkin razılıq əldə edilsə də, son anda İrəvan hər hansı səbəb gətirmədən görüşdən imtina etdi. Bununla da danışıqlar növbəti dəfə İrəvanın sərgilədiyi mövqe nəticəsində dalana dirənmiş oldu.
İrəvan tərəfi hazırda danışıqlarda maraqlı görünmür və hər vasitə ilə prosesləri uzatmağa çalışır. Bunun da əsas səbəbi İrəvanın yeni xarici siyasi kursu fonunda geosiyasi proseslərin onun xeyrinə inkişaf etməməsi və Ermənistanın ziyanına işləməsidir. 
Birincisi, İrəvan İranda keçirilən prezident seçkilərindən sonra iki ölkə arasındakı münasibətləri yeni müstəviyə qaldıra biləcək. Bu yolla bölgədə prosesləri öz xeyrinə dəyişib dəstək qazanacaq.  
İrəvan hesab edir ki, Tehranla münasibətləri inkişaf etdiməklə bölgədə Fransa-İran-Hindistan üçbucağında bölgədə Bakı-Ankara əmədkaşlıq formatına alternativ əməkdaşlıq formulu yaradacaq. Lakin hər şey gözləntilərin əksinə baş verdi. İrəvanın Qərblə, xüsusən də ABŞ ilə sıx əməkdaşlığı Tehranın qəzəbinə səbəb olduğundan münasibətlər gərginləşməyə doğru gedir. Ona görə də İrəvanın gözləntiləri özünü doğrultmadı.
İkincisi, İrandakı prezident seçkilərindən sonra Yaxın Şərqdə yaranmış yeni situasiya, xüsusən də İran-İsrail arasında gözlənilən müharibə fonunda Yaxın Şərqdə yaranmış vəziyyət; 
Üçüncüsü, Ukraynanın Kurskda hərbi əməliyyatlar həyata keçirməsi;
Dördüncüsü, Gürcüstanda Qərblə Rusiya arasında yaranmış açıq qarşıdurma;
Beşincisi, son günlərdə Moskvanın İrəvana təzyiqləri;
Ermənistanı dəstəkləyən kollektiv Qərbin başı Yaxın Şərq, Ukrayna və Gürcüstana başı qarışdığından Ermənistan arxa plana keçdiyindən ona lazımi diqqət yetirə bilmir. Bu da Ermənistanı çıxılmaz vəziyyətə salıb. Ona görə də İrəvan hər vasitə ilə danışıqlar prosesindən yayınmaqla vaxt udmağa proseslərin aydınlaşmasını gözləməyə çalışır. 
Amma İrəvan nədənsə Bakının zamanın onların ziyanına işlədiyi barədə verdiyi bəyanatlara əhəmiyyət vermir. Çünki sonradan istəsə də belə, Ermənistan geosiyasi prosesləri xeyrinə dəyişə bilməyək. Zaman Ermənistanın ziyanına işlədikcə İrəvan qarşıdakı mərhələdə daha ağır şərtlərlə qarşılaşacaq və artıq qarşılaşmaqdadır. Əgər İrəvan indiyədək gedən danışıqlarda hansısa marağını təmin edə bilirdisə, bundan sonra daha əhəmiyyətsiz ölkəyə çevrildiyindən mövqeyi nəzərə alınmır. Danışıqlar belə onun iştirakı olmadan həyata keçirilir. 
İrəvanın sülhdən yayınması, bölgədə sülhə deyil, əksinə, vəziyyətin gərginləşməsinə və prosesləri maraqlı güclərin açıq toqquşmasına sürükləməyə xidmət edir. Hazırda mübarizə Zəngəzur uğrunda gedir. Qərbin Ermənistan üzərindən bölgədə maraqlarını təmin etmək niyyəti isə İran və Rusiya tərəfindən ciddi müqavimətlə qarşılanır. Bu da gələcəkdə bölgədə böhranın yaranmasını və ya növbəti müharibəni istisna etmir. 
İstər böhranın yaranması, istərsə də açıq hərbi qarşıdurma vəziyyəti Ermənistanın təhlükəsizlik sisteminə ciddi təhdid yaradacaq. Bu hətta Ermənistanın bir dövlət olaraq gələcəkdə bölgədə siyasi xəritədə mövcudluğunu təhlükə altına alacaq.   
Tarix: 22 avqust 2024
Baxış: 36

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş