Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Məscidlərə imam, imam müavini və qadın dini ayinlərin icraçısı axtarılır

İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib.
Bu barədə Gender.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, namizədlər aşağıdakı vakansiyalar üçün müraciət edə bilərlər:
1. Şirvan şəhəri “Zeynəlabidin” məscidi – İmam
2. Ağcabədi rayonu Təzəkənd kənd məscidi – İmam müavini
3. Şəki rayonu Şin kənd məscidi – İmam müavini
4. Lənkəran şəhəri Böyük Bazar “Cümə” məscidi – Qadın dini ayinlərin icraçısı
Müsahibədə iştirak etmək istəyən namizədlər 15 avqust 2024-cü il tarixindən 01 sentyabr 2024-cü il saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada sened@scara.gov.az adresinə və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 16, AZ 1001) təqdim etməlidirlər:
– Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
– Tərcümeyi-hal;
– Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya
bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
– Sağlamlıq haqqında arayış;
– Narkoloji dispanserdən arayış;
– Ruhi-əsəb dispanserindən arayış;
– Məhkumluq barədə arayış;
– Foto (3×4) (4 ədəd);
– Ərizə.
Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.
Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi vaxtı və yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında yerləşdiriləcəkdir.
Əlaqə nömrəsi:
(+994) 77 305 96 55


Tarix: 14 avqust 2024
Baxış: 57

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş