Xəbər lenti
Reklam
Şahmar Hüseynova yeni vəzifə verildi - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub.
Gender.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, fəaliyyətini SOCAR-da davam etdirəcək.
Belə ki, Ş.Hüseynov müvafiq əmrlə SOCAR prezidenti Rövşən Nəcəfin müşaviri təyin edilib.
Qeyd ki, Ş.Hüseynov 2019-cu ilin dekabr ayından  "Azneft"ə rəhbərlik edirdi.

Məqaləyə dair fotomateriallar:


Tarix: 28 mart 2024
Baxış: 41

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş