Bakının əsas işlək prospektlərindən biri olan "8 Noyabr" prospektində əsaslı təmir işləri aparılacaq.
Gender.Az-ın AAYDA-dan (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) əldə etdiyi məlumat görə, təmirin neçə gün çəkəcəyi bilinməsə də, yolun tamamilə bağlanılacağı gözlənilmir.
Bildirilir ki, sözügedən yolda müəyyən çatlar və qabarmalar müşahidə olunurdu, bu da rahat gediş-gəlişə müəyyən problemlər yaradırdı. Buna görə də, həmin prospektin əsaslı təmir işlərinə start verilib.
Məlumata görə, həmin prospektin tam bağlanacağı gözlənilmir, müəyyən hissələrdə təmir işləri icra olunacaq. Hər hansısa bir hissədə məhdudiyyətin tətbiqi nəzərdə tutularsa, bu barədə öncədən ictimaiyyətə məlumat veriləcək. Yaxın günlərdə hər hansı məhdudiyyətin tətbiqi nəzərdə tutulmur.
Qeyd edək ki, təmir işlərinə ilkin olaraq Yusif Səfərov küçəsindən Zığ dairəsi istiqamətində start verilir. Bu istiqamətdə işlər yekunlaşdıqdan sonra əks istiqmatdə işlərə start veriləcək.