ABŞ kəşfiyyatı beynəlxalq səhiyyə qurumlarının uğursuzluğu və xəstəliklərin effektli şəkildə izlənilməməsi səbəbindən dünya ölkələrinin yeni dağıdıcı pandemiyaya qarşı müdafiəsiz olduğu barədə xəbərdarlıq edib.
Gender.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə ABŞ Milli Kəşfiyyat Xidmətinin direktorunun ofisinin (ODNI) "2024-cü il üçün təhdidlərin qiymətləndirilməsi üzrə illik hesabat"ında deyilir.
ABŞ kəşfiyyatının yeni hesabatı da göstərir ki, biz çox da uzaq olmayan gələcəkdə özümüzü yenidən evlərimizdə qapalı tapa bilərik.
Sənəddə ABŞ-nin milli təhlükəsizliyinə qlobal təhdidlər, o cümlədən transmilli problemlər araşdırılır, gələn il ehtimal olunan gəlişmələrə xüsusi diqqət yetirilir. Hesabat açıq şəkildə göstərir ki, ölkələr başqa bir dağıdıcı pandemiyaya səbəb ola biləcək yeni və formalaşmaqda olan patogenin yaranmasına qarşı müdafiəsiz olaraq qalır.
Son quş qripi, meymunçiçəyi virusu, Ebola və Denqe qızdırması epidemiyaları onsuz da gərgin olan qlobal müdaxilə sistemini gərginləşdirib. Mütəxəssislər yetərli hazırlığın olmaması səbəbindən yeni pandemiyadan narahatdırlar. Elm adamları bu baxımdan tədqiqatlarının bir hissəsini "X pandemiyasına qarşı hazırlığa" yönəldiblər.