Xəbər lenti
Reklam
Xankəndidəki ermənilər ziyarət edildi – FOTOLAR

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov və AzQAC-ın müvafiq işçi heyəti Xankəndidə yaşayan erməni əsilli sakinləri ziyarət ediblər.
Gender.Az xəbər verir ki, ziyarət zamanı onlarla müvafiq söhbətlər aparılıb , həmçinin ərzaq və gigiyenik dəstlər təqdim olunub.
Daha sonra AzQAC-ın prezidenti cənab Novruz Aslanov bu görüşün hər kəs üçün çox əhəmiyyətli olduğunu bildirib və səfərin davamlı olacağını, onların həmişə diqqət mərkəzində olduqlarını vurğulayıb. Erməni əsilli sakinlər humanitar yardımla bağlı AzQAC-ın əməkdaşlarına və cənab Novruz Aslanova öz təşəkkürlərini bildirmişlər. Sonda isə xatirə şəkli çəkilib.











Tarix: 07 mart 2024
Baxış: 165

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş