Xəbər lenti
Reklam
Həyat yoldaşım övladlarıma baxmır

Boşanma ərəfəsində olan müğənni Leyla Rəhimova ayrıldığı həyat yoldaşından gileylənib. 
Gender.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Qonaqcanlı" verilişində bununla bağlı sualları cavablandırıb. O bildirib ki, həyat yoldaşı uşaqlarına görə ona maddi dəstək olmur:
"Çətin deyil, anam sağ olsun, yardım edir. Maddi cəhəttən də özüm böyüdürəm övladlarımı. Qarşı tərəf heç bir maddi yardım etmir. Allah özümə yetirsin, anam da yardım edir".
Qeyd edək ki, Leyla Zaur Cəlil adlı şəxslə ailə qurduqdan sonra Amerikaya köçüb. Ötən il o, Bakıya qayıdıb. Zaur "Evliliyimizin yeddinci ilində ayrılmaq qərarına gəldik. Bu da son" deyə, paylaşım edib. Leyla bundan xəbərsiz olduğunu, ayrıldıqlarını sosial şəbəkədə oxuduğunu deyib. 
Leyla tamaşaçılara "O səs Türkiyə" yarışmasından tanışdır. Leyla və Zaur 2016-cı ildə ailə qurub. Cütlüyün 3 övladı var.

Tarix: 07 mart 2024
Baxış: 102

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş