“O qızı tapmısınız?” - Məsciddə yuyulanda ayılmışdı (VİDEO)
O, 32 il öncə Xocalıda donmuş ananın qucağından 2 yaşlı bir körpəni götürür və dəfn etmələri üçün məscidə təhvil verir.
Vəfat etmiş anasının qucağına qısılmış həmin körpə günlər sonra məsciddə yuyulan zaman ayılır.
"Mənə dedilər ki, gətirdiyin uşaqlardan biri ayılıb. Mən o uşağı xilas etdim, amma sonrakı taleyi barədə heç nə bilmədim” - 32 ildir ki, xilas etdiyi həmin körpəni axtaran Əsəd Fərəcov deyib.
"Belə Belə İşlər” layihəsi Əsəd bəylə həmin qızı - Kübranı görüşdürüb.