Xəbər lenti
Reklam
Dünya yeni pandemiya ilə üz-üzədir? - Professordan açıqlama

"X xəstəliyi" dedikdə, konkret bir xəstəlik nəzərdə tutulmur. Söhbət növbəti pandemiyalardan gedir. Hələ COVID-19 pandemiyasından illər əvvəl Ümumdünya Səhiyyə Təşkilatı insan sağlamlığını təhdid edən 10 xəstəliyi açıqlamışdı. Həmin vaxt qrip pandemiyasının da olacağı deyilirdi".

"Gender" xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus yeni pandemiya ilə bağlı xəbərdarlığından danışarkən deyib.

Professor bunu elmi proqnoz hesab edir:
"Çünki qrip daşıyıcı virusdur, daima mutasiyaya uğrayır, dəyişir və onun "İspan qripi" tipində pandemiya yaratması nə vaxtsa reallıqdır. Ona görə  də "X pandemiyası" dedikdə potensial pandemiyalardan söhbət gedir ki, bu da koronavirus, qrip və yaxud digər gözənilməz respirator infeksiyalar da ola bilər".
Adil Qeybulla deyib ki, tarix vəba, taun, sarıqızdırma kimi pandemiyalara şahidlik edib. Bu açıqlamada da söhbət bunlara hazırlıqdan gedir:
"COVID-19 pandemiyası göstərdi ki, dünya hələ çox şeylərə hazır deyil, ayrı-ayrı ölkələri bu işə səfərbər etmək, vaxtında infeksiyanı lokallaşdırmaq üçün əlaqələrin düzgün qurulması, effektiv iş mexanizmi yoxdur". 
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus yeni pandemiya ilə bağlı xəbərdarlıq edib. O, bunun mümkün olduğunu bildirib.
"Amma insanlar buna hazır deyillər. Dünya hələ də növbəti "X xəstəliyi”nə və növbəti pandemiyaya hazır deyil. Əgər sabah növbəti pandemiya olsa, dünya COVID-19 zamanı  qarşılaşdığımız eyni problemlərlə üzləşəcək”, deyə ÜST-ün baş direktoru vurğulayıb. 

Tarix: 13 fevral 2024
Baxış: 99

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş