Xəbər lenti
Reklam
5 nəfəri qətlə yetirən Əhməd və atası ilə bağlı YENİ FAKTLAR

Bu gün Bakıda ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədovla bağlı daha bir fakt bəlli olub.
Gender.Az bildirir ki, Bakupost.az-a daxil olan məlumata görə, Əhməd bir müddət bundan əvvəl də cinayət törədib.
Belə ki, onun yaxın dostunu bıçaqladığı bildirilir. Deyilənə görə, hadisəyə səbəb dostunun Əhmədin ünvanına söyüş söyməsi olub.
Məlumatda o da bildirilir ki, o zaman tərəflər məsələni öz aralarında həll ediblər.
Qeyd edilir ki, güləşlə məşğul olan Əhməd vaxtilə Azərbaycan çempionu olub. Onun qətlə yetirdiyi və əslən Qazax rayonundan olan atası Mehman Əhmədovun da idmançı olduğu bildirilir.
52 yaşı olmasına baxmayaraq, güclü və fiziki cəhətdən sağlam olan Mehman Əhmədovun oğlu tərəfindən necə qətlə yetirməsi də ailəni tanıyanların təəccübünə səbəb olub.



Tarix: 13 fevral 2024
Baxış: 122

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş