ÜST-dən dünyada yeni pandemiya barədə XƏBƏRDARLIQ
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus dünyanın yeni pandemiyaya hazır olmadığını bildirib.
Gender.Az Trend-ə istinadən xəbər verir ki, Gebreyesus bu barədə Dubayda keçirilən Dünya Hökumətlər Sammitində çıxışında deyib.
"COVID-19-un dərsləri yaddan çıxmış ola bilər, çünki dünya ictimaiyyətinin diqqəti hazırda digər böhranlara yönəlib", - o deyib.
Onun sözlərinə görə, bəşəriyyət gec, ya da tez yeni naməlum "X xəstəliyi" ilə üzləşəcək və buna indidən hazırlaşmaq lazımdır.
Gebreyesus yeni pandemiyanın qrip virusu və ya koronavirus, yaxud haqqında hələ bilmədiyimiz yeni patogen tərəfindən törədilə biləcəyini qeyd edib.
Tarix: 12 fevral 2024
Baxış: 98
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş